O, rus mənşəli britaniyalı kartoqraf Aleksander D'Aqapeyeffin 1939-cu ildə işıq üzü görən "Kodlar və şifrələr" kitabının ilk nəşrinə daxil edilib. Kitab kriptoqrafiya sirlərinə həsr edilib, şifrənin müəllifi isə D'Aqapeyeffin özü olub. O, şifrəni kitabın sonrakı nəşrlərinə daxil etməyib, sonralar isə etiraf edib ki, özü şifrənin açarını itirib. Şifrəni digərləri də aça bilməyib. Ola bilər ki, mətni şifrələşdirən müəllif bir sıra səhvlərə yol verib və bu da sonralar şifrənin açılmamasına səbəb olub. Buna baxmayaraq, istisna deyil ki, müasir metodlar, məsələn, genetik alqoritm şifrənin açılmasına kömək edəcək.
Amerikalı rəssam Ceyms Senbornun taxta, daş, beton və misdən ibarət olan bu müəmmalı abidəsi 1990-cı ildə Lenqlidə (Virciniya ştatı) MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) ərazisində quraşdırılıb. Onun üzərində indiyə kimi heç kimin oxuya bilmədiyi müraciəti yazılıb (yunanca, "kriptos"-"gizli" deməkdir).Daha doğusu, dünyanın ən tanınmış kriptoanalitikləri mətnin yalnız üç bölməsinin şifrəsini aça biliblər və bu, elmi-fəlsəfi mahiyyət kəsb edir. Senbornun özü isə bildirib ki, heç kimin onun "rebus"unu tam olaraq aça bilməməsi üçün xüsusi tədbirlər görüb.
Villard Psixoloji Mərkəz 1869-cu ildə istifadəyə verilib. Mərkəz 116 il davam edən fəaliyyəti müddətində 54 mindən çox xəstəyə ev sahibliyi edib. Bu xəstəxananı digər ruhi dispanserlərdən fərqləndirən cəhət onun bir əsrdən çox fəaliyyət göstərməsinə baxmayaraq, bir xəstənin belə oradan sağalıb çıxmamasıdır.
Araşdırmalardan sonra 1912-ci ildə polşalı kitab taciri Uilfred M. Voyniç tərəfindən tapılan kitabın 15-ci əsrə aid olduğu ortaya çıxıb.Kitab bu günə qədər Alan Turinq kimi məşhur şifrə ustaları tərəfindən araşdırılsa da onun məzmunu tam anlaşılmamışdı. 1404-1438-ci illər arasında yazıldığı düşünülən "Voyniç əlyazması” buna görə dünyanın ən sirli kitabı kimi tarixə düşmüşdü. Çox sayda mütəxəssis əlyazmanın anlaşılmaz olduğunu söyləsə də, Briston Universitetinin doktoru Cerard Çeşir 2 həftə ərzində kitabdakı sirli mətnlərin şifrələrini açmağı bacarıb.O, ölü dil olan Proto Latın dilindən istifadə edib. Araşdırmaçı yazıdakı simvolları bu dildəki kəlimə və hərflərlə qarşılaşdırıb. Doktor əlyazmada qadınların düşüncə tərzi, cinsi məsələlər, fiziki və ruhani təmizlənmə və valideyn olmaq kimi mövzuların yazıldığını üzə çıxarıb.Qeyd edək ki, Proto Latın dili portuqal, ispan, fransız, italiyan, rumın və katalon dillərinin anası hesab edilir.
ABŞ-ın Kentukki ştatında yerləşən “Vaverli Hills” adlı sanatoriya Amerikanın ən qorxunc xəstəxanalarından biridir. Bu xəstəxanaya aid bilinən ən qorxunc hekayə, xəstəxanadakı həkimlərdən birinin özünü öldürmədən öncə abort etməyə çalışması olub.Binanın ən məşhur otağı isə 502 nömrəli otaq, ən qorxulu hissəsi isə ölən xəstələrin cənazə arabalarında aparıldığı “Ölüm tuneli” adlanan 150 metrlik tuneldir. 2006-cı ildə lentə alınan “Spooked - The Ghosts of Waverly Hills Sanatorium” filmi bu sanatoriyada yaşanan hadisələr əsasından ssenariləşdirilib. XX əsrin ən qorxunc hadisələrinin yaşandığı bu tarixi məkana turistlər aparılmır. Deyilənə görə, gündüz vaxtı həmin yerdə gəzmək belə cəsarət tələb edir.
Xəstəxana 1907-ci ildə istifadəyə verilib. 1960-cı illərdə burada müəlicə alan xəstələrin sayı 7 mindən çox olub. Xəstələrə ağır işgəncələr edilməsinə baxmayaraq, xəstəxana 1990-cı illərə qədər fəaliyyət göstərib. 2006-cı ildə binanın sökülməsinə baxmayaraq, həmin ərazi orada baş verən hadisələr səbəbilə bu gün də qorxulu yer olaraq yaddaşlarda qalır.