Moris Uord və əbədi plastika düsturu

Ötən əsrin 80-ci illərinin ortalarında məşhur ingilis ixtiraçı Moris Uord amerikalıların Xirosimaya atdıqları atom bombasının gücündən 75 dəfə çox olan və 10 min dərəcə temperatura davamlı olan istiyə davamlı termoplastika ixtira etdi. İxtiraçı bu materialı "Starlite" adlandırdı. O öz ixtirasını yalnız bundan sözün əsl mənasında istifadə etməyi düşünən kompaniyalara satacağını bəyan etdi. Bu ixtira ilə dərhal ABŞ Kosmik Agentliyi- NASA maraqlandı. Çünki olduqca yüngül və istiyə davamlı olan bu materialdan istifadə kosmik uçuşlar və kosmik texnologiyalar sahəsində sahəsində böyük elmi sıçrayışa səbəb ola bilərdi. Moris Uordun ixtirası ilə həmin dövrdə onlarla məşhur kompaniya maraqlanırdı. Lakin heç bir kompaniya ixtiraçının əməyinə yüksək qiymət vermək istəmir və onun sahibinin gec-tez yeni termoplastik materialın sirrini açacağını gözləyirdi. Kompaniyaların əməyini və yeni materialın əhəmiyyətini yüksək dərəcədə qiymətləndirmədiyini və onun bu sirri açmağa məcbur olacağını gözlədiyini anlayan Moris Uord ixtirasını daha satmayacağını bəyan etdi. Amma heç kimi buna inanmırdı. 2011-ci ildə Uord dünyasını dəyişdi. Ölüm ayağında ondan ixtirasının sirrini açmağı xahiş etdilər. O isə bunun mümkün olmayacağını deyərək onların xahişini rədd etdi. Bununla da kosmik texnologiyalar sahəsində elmi texniki inqilaba gətirib çıxaracaq ixtirasının sirrini o özü ilə o dünyaya apardı.

Sirli şəkil

Yaponiyanın Yamagata Universitetinin alimləri Perudakı Nazca çölünü araşdırarkən naməlum nəhəng rəsmlərə rast gəliblər.Ümumilikdə yaylada tapılan müxtəlif canavarların və digər sirli canlıların nəhəng şəkilləri daxil olmaqla 143 heroqlif tapılıb.Rəsmlərin bəziləri sahə işləri zamanı aşkar edilib. Mütəxəssislər hesab edirlər ki, aşkar edilmiş heroqliflər eramızdan əvvəl 100-cü ilə aiddir.İndi alimlər yuxarıdan alınan görüntülərə əsasən Peru bölgəsinin xəritəsi yaradırlar. Eyni zamanda, elm adamları bütün Nazca rəsmlərinin mənşəyinin sirrinə cavab tapacaqlarına ümid edirlər.Bundan bir müddət əvvəl eyni universitetin tədqiqatçıları bəzi geogliflərdə quşların təsvir edildiyini bildiriblər. Həm də onlar qədim perualıların bu yerlərdə yaşamayan müxtəlif ekzotik canlılara rəğbət bəslədiklərini də qeyd ediblər.

Nikola Tesla və məftilsiz elektrik

Məşhur fizik Nikola Teslanın adı fizikadan uzaq olan adamlara belə məlumdur. O elmi sahədə böyük kəşflərə imza atmışdı. Tesla dünyanı məftilsiz elektriklə təchiz etmək barədə məşhur bir layihə hazırlamışdı. O bu məqsədlə Vordenklif (Tesla ) adlı yüksək bir qüllə inşa etməyi planlaşdırmışdı. Tesla yerin ionesferindün istifadə etməklə elektrik cərəyanını dünyanın ən uzaq nöqtəsinə belə nəql etmək niyyətində idi. 1905-ci ildə Tesla öz layihəsini reallaşdırmaq üçün işə başladı. Lakin həmin dövrdə ABŞ-da başlayan iqtisadi böhran layihənin reallaşmasına ayrılan maliyyə vəsaitinin ixtisar edilməsinə səbəb oldu. Nəticədə layihə üzərində işlər yarımçıq saxlanıldı. Bunun ardınca başlayan I Dünya müharibəsi və ondan sonrakı ağır iqtisadi vəziyyət yenə də Teslaya bu nəhəng ideyasını həyata keçirməyə iman vermədi. 1943-cü ildə Tesla vəfat edərək bu sirri özü ilə o dünyaya apardı. O özündən sonra layihə ilə bağlı hər hansı iz qoymadı. İş orasındadır ki, Tesla indiki dillə desək kompyuter yaddaşına malik idi və o layihənin bütün detallarını yaddaşında saxlamışdı. Beləliklə dünya elmi elmi elektrik enerjisinin məftillər olmadan dünyanın ən ucqar nöqtəsinə çatdıra biləcək və trilyonlarla dollar gəlir gətirəcək fantastik bir kəşfdən məhrum oldu. Bu kəşf reallaşsaydı, onda o digər nəhəng kəşflərə də yol açaraq bəşəriyyəti yeni elmi texniki inkişaf mərhələsinə daşyacaqdı...

İoqan Besler və əbədi mühərrik

1712-ci ildə alman ixtiraçı İoqan Besler əbədi mühərrik ixtira etdiyini bəyan etdi. 5 il ərzində o öz ixtirasını təkmilləşdirərək onu əyani şəkildə tədqiqatçıların gözləri qarşısında nümayiş etdirməyə başladı. Yeni ixtira diametri 2 metr olan təkər formasında idi və yükü hündürlüyə qaldıra bilirdi. 54 gün ərzində təkər heç bir yanacaq tələb etmədən işlədi və məşhur fizikləri heyrətə saldı. Amma onların heç biri yanacaq olmadan bu ixtiranın neçə işləməsi sirrini anlaya bilmirdi. Həmin dövrdə Bessler 20 min funt sterlinq veriləcəyi halda bu sirri açacağını bəyan etdi. Amma əbədi mühərriklə maraqlananlar pulu verməzdən əvvəl ixtiraçıdan onun işləmə mexanizminin sirrini açmasını istəyirdilər. Besler isə yalnz pul alandan sonra bu sirri aça biləcəyini bəyan etdi. Nəticədə əbədi mühərriki almaq istəyənlərlə Besler ortaq məxrəcə gələ bilmədi. Halbuki əbədi mühərriki almaq istəyənlər dönə-dönə onun sınaqdan çıxarılmasını istəyərək cihazın işlədiyinə əmin olmuşdular. Pul almadan ixtirasını satmaq istəməyn İoqan Besler əbədi mühərriyin də sirrini özü ilə qəbirə apardı.

Daha çox oxu  

T-52 kodu

İkinci dünya müharibəsi zamanı almanlar gizli məlumatların ötürülməsi üçün Eniqma adlı şifrə maşınlarından və onun təkmilləşdirilən digər modellərindən olduqca uğurla istifadə edirdilər. Amma İsveçdə şifrə maşınlarının sirlərini əldə etməyə imkan verən maşın hazırlanmışdı. T52 və ya sadəcə olaraq "Geheimschreiber" (gizli mirzə) adı verilən maşın Eniqmadan böyük və olduqca mürəkkəb texniki quruluşa malik idi. Onun kodunu bilmək və yadda saxlamaq heç də asan deyildi. Həmin dövrdə T52-nin sirrini və kodunu, işləmə mexanizmini bilən yalnız Arne Byerlinq adlı şifrəliyici idi. 1940-cı ildə İsveç Qərbdən Hitler Almaniyasının, Şərqdən isə Rusiyanın hücumu təhlükəsi qarşısında qalmışdı. 1939-cu ildə Rusiya Finlandiya ilə müharibə aparırdı və hər an sovet qoşunlarının İsveçə hücum edəcəyi gözlənilirdi. Belə bir vəziyyətdə İsveç kəşfiyyatı baş verən hadisələrdən xəbər tutmaq və ölkəni gözləyən təhlükəyə qarşı hazırlamaq üçün bütün cəhdlərini işə salmışdı. İlk vaxtlar T52-nin yardımı ilə bütün gizli məlumatların şifrəsini açmaq mümkün olmurdu. Ancaq riyaziyyat üzrə tanınmış alim Arne Byerlinq qısa müddətdə bütün gizli məlumatların şifrəsini açmağı öyrəndi. Nəticədə almanların bütün sirləri Arne Byerlinqin səyləri nəticəsində açılırdı və İsveç hökuməti dərhal bundan xəbər tuturdu.Məsələn, İsveç hökuməti təxminən 1 ay əvvəl T52-nin vasitəsi ilə Almaniyanın Rusiyaya hücum edəcəyi vaxtı, günü, saatı öyrənə bilmişdi. O vaxt bunun sirrini açmağı Byerlinqdən xahiş edəndə o belə cavab vermişdi : "Fokus göstərən sirk ustaları heç vaxt bunun sirlərini açmırlar".Byerlinq həqiqətən də ən gizli şifrələrin sirrini açmağın mahir ustası idi. Onun buna necə nail olduğunu heç kim bilmirdi. Yəni Byerlinq üçün sirr adlı məvhum yox idi. O soyuq müharibə illərində T52-ni vasitəsi ilə ABŞ-ın, SSRİ-nin, Fransanın, Böyük Britaniyanın və digər ölkələrin ən mürəkkəb şifrəli yazışmalarının üstünü açmış, onlara açar əldə etmişdi. 1986-cı ildə Byerlinq vəfat etdi. Ancaq ömrünün son günlərində, yəni öləcəyinə artıq özü şübhə etmədəyi halda belə gizli şifrələri neçə aça bildiyini söyləmədi. Ondan sonra bir nəfər belə T52-ninin kodunu tapa, onun hansı mexanizm əsasında işlədiyini müəyyən edə bilmədi.

Edvard Lidskalnin və onun iri qaya parçalarını hərəkətə gətirməsi

ABŞ-a köçmüş latviyalı emiqrant Edvard Lidskalnin Floridada “Mərcan qalası”inşa etmişdi. İxtiraçının boyu 1,6 metr, çəkisi 50 kiloqram idi. Lakin təkbaşına 30 tonluq qaya daşlarını daşıya bilirdi.Özü də o, təkbaşına işləyirdi. İki yeniyetmə iddia edir ki, böyük daşların havada buğa verildiyini gözləri ilə görüblər. Digərləri isə böyük daş konstruksiyalarını qaldırmaq üçün taxta altlıqdan və bir neçə ipdən ibarət hansısa avadanlığı gördüklərini təsdiq edirlər.ixtiraçı bundan ötrü hansısa qara, özünün “sabitləçdirici əbədi mühərrik”adlandırdığı yeşikdən istifadə edirdi.1951-ci ildə ölümündən sonra onun “Mərcan qalası”görməli yerlərdən birinə çevrildi. Bir çox turist indiyə qədər ona baxmağa gəlir. Maraqlı məqam bundan ibarətdir ki, 1986-cı ildə sıradan çıxmış “karusel qapı”nı indiyə kimi heç bir alim düzəldə bilməyib.Lidskalnin özü isə bunun sirrini Misir piramidalarında gizlətdiyini təsdiq etdi. Təəssüf ki, o, bu sirri insanlara açıqlamaq istəmədi.

Fest dairəsi

Gildən hazırlanmış bu məmulat 1903-cü ildə Fest şəhərində tapılıb. O, təqribən Qədim Kritin sarayaqədərki mədəniyyətinə aiddir. Dairənin hər iki tərəfi üzrə spiral şəklində müxtəlif işarələr çəkilib. Bununla belə, onlardan yalnız bəziləri qədim kritlilərin dilində itifadə edilən heroqliflərə uyğundur.

A xətti məktub

Üzərində bu məktub yazılmış gil lövhəcik də Kritdə aşkar edilib və britaniyalı arxeoloq Artur Evansın şərəfinə adlandırılıb. 1952-ci ildə tədqiqatçı Maykl Ventris B adlandırılmış daha gec xətti məktubun alqoritminin şifrəsini aça bilib. Məlum olub ki, bu, həqiqətən mətni miken dilində - yunan dillərindən ən qədimində gizlədilmiş şifrə olub.

Beyl kriptoqramı

Bu, üç şifrələnmiş məlumatdır. Orada, guya, dəyəri 30 milyon dollar olan ağzına qədər qızıl, gümüş və qiymətli daşlarla doldurulmuş iki furqon dəfinə haqda məlumat verilir. Dəfinə XIX əsrin 20-ci illərində Tomas Cefferson Beyl başda olmaqla qızılaxtaranlar qrupu tərəfindən Linçberq ətrafında (Bedford, Virciniya ştatı) basdırılıb.Dəfinənin təsvirini verən və onun təqribi yerini göstərən mətnlərdən birinin şifrəsini açmaq mümkün olub. Ancaq dəfinənin sahibləri və onların dəqiq yerləri barədə məlumat verilən digər mətinlərin şifrəsini hələlik açmaq isə hələlik mümkün deyil.

Dorabella şifrəsi

Bu, 1897-ci ildə britaniyalı bəstəkar Edvard Uilyam Elqar tərəfindən Vulverhemptonda yerləşən müqəddəs Pyotr Alfred Penni kişi monastırının başçısının 22 yaşlı qızı Dora Penniyə göndərdiyi şifrələnmiş məktubdur. Məktubun məzmunu hələlik naməlum qalır.

Çaoşifrə

Bu, 1918-ci ildə Con F. Bayrn tərəfindən kəşf edilmiş şifrədir. Bayrn əvvəlcə onu ABŞ hakim dairələrinə satmağa çalışıb, sonra isə şifrəni açanlara pul mükafatı təklif edib. Amma bu yaxınlara qədər belə adamlar tapılmayıb.Yalnız 2010-cu ilin mayında Bayrnın varisləri tərəfindən onun arxivi Merilənddəki Milli Kriptoqrafiya Muzeyinə verilib və Muzeyin əməkdaşları müəmmalı alqoritmini aça bilib.

Qızıl külçələr üzərində Şanxay şifrəsi

1933-cü ildə general Van Şanxaydan üzərində hansısa təsvirlər çəkilən və Qədim Çin yazıları, o cümlədən latın hərfləri ilə şifrələnmiş mətnlər yazılan yeddi qızıl külçə gətirib. Əgər Çin heroqliflərinə inanılarsa, külçələrin qiyməti 300 milyon dollardan çoxdur."Şifrə"lərə gəldikdə isə, istisna deyildir ki, onlar qızılın saxta olmadığı və bank əməkdaşları tərəfindən verildiyini təsdiq edir. Ancaq bu, hələlik fərziyyədən başqa bir şey deyildir.

I BUILT MY SITE FOR FREE USING