Qorxulu Hekayələr


☠️Övladımı yatağına uzadıram. O isə mənə deyir: “Ata, çarpayımın altına bax, orada qorxulu heç nə yoxdur ki?”. Əyilib çarpayının altına baxıram və orada dəhşətli, qorxu dolu gözlərlə mənə baxan və bu sözləri deyən oğlumu görürəm: “Ata, mənim çarpayımda başqa biri var”. 


☠️Həkimlər xəstəyə amputasiyadan sonra xəyali ağrıların ola biləcəyini demişdilər. Lakin heç kim ona amputasiya olunmuş soyuq əlin barmaqlarının digər əli necə qaşıyacağı ilə bağlı xəbərdarlıq etməmişdi.


☠️Pəncərəmin şüşəsinin döyülmə səsinə oyandım. İlk olaraq kiminsə pəncərəmi döydüyünü zənn etdim, lakin sonra bir döyülmə səsi də eşitdim… lakin güzgüdən.

☠️Həkimlər meyidin yeni üsulla dondurulmasını sınaqdan keçirirdilər. Lakin “cəsədin” hələ də sağ olduğunu onlara deməyi üçün heç bir şansı yox idi.

☠️O heç cür başa düşə bilmirdi ki, kölgəsi niyə iki tərəfə əks olunur. Axı otaqda cəmi 1 lampa var idi.

☠️Gülümsəyən sima qaranlıq pəncərədən gözlərini mənə zilləmişdi. Mən 14-cü mərtəbədə yaşayıram.

☠️Səhər mobil telefonumda yatan vəziyyətdə çəkilmiş şəklimi gördüm. Mən tək yaşayıram.

☠️Güzgüdəki əksimin mənə göz vurduğunun şahidi oldum.

☠️O məndən nəyə görə belə dərindən nəfəs aldığımı soruşdu. Amma mən dərindən nəfəs almamışdım.

☠️Yorğun iş günündən sonra evə qayıtdın və təklikdə istirahət etməyi arzu edirsən. Əlinlə qaranlıqda qapının dəstəyini axtarırsan və bu an başqa birinin əlinə toxunduğunu hiss edirsən.

☠️Qızımhər gecə yarısı qışqırır və ağlayır. Onun qəbrini ziyarət etdim və bunu etməsini xahiş etdim. Lakin bu kömək etmədi.

☠️dərin yuxuya getməyə hazırlaşırsan və bu an kiminsə sənin adını çağırdığını eşidirdən. Axı sən tək yaşayırsan.

☠️Keçən gecə həyat yoldaşım məni oyadaraq evdə kiminsə yad birisinin gəzdiyini dedi. Lakin həyat yoldaşımı 2 il bundan öncə qətlə yetiriblər.

☠️Yer Kürəsində yaşayan ən son insan otaqda oturmuşdu. Bu zaman qapı döyüldü.

☠️Mən gec vaxt yatmıram, lakin hər dəfə oyanıram.

☠️Həkimin qeydi: yeni doğulmuş körpənin çəkisi 3600 q, boyu 45 sm, 32 azı dişi var. Susur, gülümsəyir.

☠️Evə gəlirəm və mətbəxdən anamın səsi eşidilir: “Yeməyin hazırdır, gəl”. Elə bu an telefonuma anamın nömrəsindən sms gəlir: “Evə gec gələcəm, özünə nahar hazırla”.

☠️Əvvəllər pişiyimin görmə problemi olduğunu düşünürdüm. Çünki mənə baxdıqda gözləri gözlərim ilə toqquşmurdu. Daha sonradan isə anladım ki, o həmişə mənim arxamda dayanan nəyəsə baxır.

I BUILT MY SITE FOR FREE USING