Yazarının henüz ikinci romanı olmasına rağmen dünya çapında büyük bir kitleye ulaşan Yaşamak, Çin’in yakın geçmişindeki zorlu yaşam koşullarını tüm gerçekliğiyle ele alıyor. Yu Hua tarafından 1993 yılında kaleme alınan yapıt, Türk okurlarıyla buluştuğu 2016 yılından itibaren ülkemizde de büyük bir beğeni topluyor. Çevirmen Bahar Kılıç tarafından orijinal dilinden çevrilen eser, Yu Hua’nın sade ve akıcı anlatımının gücünü aslından ödün vermeden etkileyici bir şekilde yansıtıyor.Konusu itibarıyla dönem hükümeti tarafından Çin’de yasaklanan Yaşamak, dünya çapında gördüğü ilgiden dolayı şimdiden modern klasikler arasında değerlendiriliyor. Romanın içten dili ve sıradan insanı kadrajına alan öyküsü, okurlarına kitaptan öte bir yaşanmışlık vadediyor. Yaşamak, başkahramanı Fugui’nin dokunaklı ve bir o kadar da merak uyandırıcı yaşam öyküsüne tanıklık etmeniz için sizi de sayfalarını aralamaya çağırıyor.
Özellikle teknolojinin, robotların ve global bir ekonominin kuralları değiştirdiği bir dünyada, zengin olmak için yüksek gelirinizin olması gerektiği efsanesini çürütür.Aktif yatırımlar edinmenin ve oluşturmanın neden yüklü bir maaştan daha önemli olabileceğini, işletme sahiplerinin ve yatırımcıların keyfini sürdüğü vergi avantajlarını öğretir. Evinizin aktif bir yatırım olduğuna karşı meydan okur; emlak balonu patladığında ve yüksek faizli mortgage fiyaskosu şiddetlendiği zaman milyonlarca insanın doğrudan öğrendiği gibi.Bize okul sistemlerinin parayla ilgili öğrettiklerine neden güvenmememiz gerektiğini hatırlatır ve bu önemli yeteneğin neden bugün hiç olmadığı kadar önemli olduğunu açıklar.Çocuklarınıza paraya dair neler öğretmeniz gerektiğini açıklar, böylece onlar da günümüz dünyasının zorluklarına ve fırsatlarına kendilerini hazırlayabilir ve hak ettikleri zengin yaşamı sürebilir.
Leonardo da Vinçi işlərində gizli şifrələr var… Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər… Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı… Müəllif ‘Da vinçi şifrəsi’ romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş qəhrəmanı, din tarixi və ikonoqrafiya üzrə Harrvard Universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxuculara çatdırır…
Kitabda yazıçı Elxan Elatlının bu janra ilk qələm təcrübələri olan dörd hekayə və iki povest yer alıb. Sonrakı əsərlərində romançılıq yolunu tutaraq, Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.
“Sahil əməliyyatı”, “Qara volqa”, “Brilyant məsələsi” kimi maraqlı əsərləri ilə xatırlanan, “Azərbaycanfilm”in istehsalı olan “İstintaq davam edir” bədii filminin ssenari müəllifi kimi yadda qalan Cəmşid Əmirovun “Şəhər yatarkən” kitabına müəllifin eyni adlı povesti ilə yanaşı, II Dünya müharibəsindən sonrakı illərdə Almaniyada çalışan azərbaycanlı çekistin həyatından bəhs edən “Mənim ilk məhəbbətim” povesti də daxil edilib. Hər iki əsərdə ötən əsrin kriminal və siyasi tablosu, müxtəlif tipli insan xarakterləri, köhnə Bakı mənzərələri öz əksini tapıb.
"Qara qəhvə" məşhur detektiv yazar Aqata Kristinin seçilən əsərlərindən biridir. Yazıçı burada artıq təqaüdə çıxmış detektiv Erkül Puaronun iti zəkasının ortaya çıxardığı cinayət işindən bəhs edir. Əsərdə görkəmli fizikin zəhərlənərək öldürülməsindən danışılır. Onun qətlində şübhəli şəxslər çoxdur – oğlundan gəlininədək. Ancaq Erkül Puaro tələsik nəticələr çıxarmır və cinayətin üstünü isti izlərlə aça bilir. Bu zaman o, bir sıra maraqlı fəndlərə əl atır. Yəqin ki, Aqata Kristinin digər əsərləri kimi "Qara qəhvə" əsəri də detektivsevərlərin rəğbətini qazanacaq.
Dəniz duası - Xalid Hüseyni Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir. Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq. Xalİdi Hüseynİ dünyada ən çox oxunan və sevilən müəlliflərdəndir.
Xatirələr...Xatirələrin ən gözəl yanı onlara istədiyiniz zaman qayıda bilməyinizdir. Heç kim onları sizdən ala bilməz, sizə qarşı çıxa bilməz...Amma bəzi xatirələr vardır ki, onlara hər baxdığın zaman biraz daha dəyişdiyini görürsən...Yox..Bilmirəm, bəlkə də dəyişən bizik...Həyata qarşı baxışlarımız hansısa hadisənin gözümüzdəki yerini dəyişə bilər...Çünki əgər xatirələr dəyişibsə, onlardan əvvəl sən dəyişmisən deməkdir. İnsan nə qədər çox əşyası olduğunun ancaq yeni bir mənzilə köçən zaman fərqinə varır...Məncə dünyanın ən kədərli mənzərəsi insanın biri-birindən "köçməsini" izləməkdir
Sarah Jio gerçekten mükemmel bir yazar. Akıcı dili, duygusal hikayeleri, şaşırtıcı sonları ile tanınan yazar Böğürtlen Kışı romanı ile okurlarını yine derinden etkilemeyi başarıyor. 1933 yılında Amerika’nın Seattle şehrinde olağanın dışında olarak Mayıs ayında kar yağar. Üç yaşındaki oğlu ile huzurlu bir hayat süren Vera’nın en büyük acısı gün içinde oğlunu bırakarak işe gitmektir. Yine her sabah olduğu gibi oğlunu öperek işe gider. Fakat eve geri döndüğünde oğlu ortada yoktur. En sevdiği oyuncak ayısı da karların içindedir. Hayatını oğluna adayan kadın için bir anlamda hayat sona ermiştir. Böğürtlen Kışı romanı gerçekten çok güzel bir kitap. Sarah Jio yine elinizden bırakmakta zorlandığınız ve bir kerede okumak istediğiniz tarzda bir yazmış.
Beyazıt Akman bizlər uçun bir qədər tanış olmadığı uçun gəlin ilk öncə görək bu cavan oğlan kimdir. Beyazıt Akman 1981-ci ildə Turkiyəde doğulub ama buralar abimizə dar gəldiyi uçun 6 ildir ki Amerikada yaşayır. oxuduğu universitetləri isə say say bitməz. Boğaziçi Üniversiteti ve Orta Doğu Teknik Üniversitesti, Illinois State Üniversiteti. Aynı üniversitetdə hələdə İngiliz ədəbiyatı ve İslam üzərinə dərs verir.bir sözlə abimiz sırf tarixçidir həyatını bu işə adayıb.Abimizin Facebookda olduğunu görub həmən dostluq atdim saq olsun hələ qəbul etməyib “Dunyanın ilk gunu” əsəri isə seriya halındadır bu ilk hissəsidir. Kitabda nədən bəhs edir. İlk baxışda sujet olaraq sadə mövzudur.Fatih Sultan Mehmetin uşaqlıqından tutmuş Konstantinopolun fəthinə gedən yolu izah edir.Amma nə cur? Mən hər zaman demişəm ki, əsl yazar odur ki,ən sadə məsələni də yuksəklərə qaldırıb sözun əsl mənasında əsər yaradmasıdır. Beyazıt abimiz də bu əsərdə məhz bu cur edib.
Kitabda bəhs edilən Murat və Aslının imkansız sevgisi,qürurlarına görə o qədər incinmələri,Aslının düşüncələri,hərəkətləri mənə çox təsir etmişdi.Canan Tan kitabı doğrudan da elə cana yaxın tərzdə qələmə alıb ki, oxuyarkən kitabdakı baş qəhrəmanlarla eyni hissləri yaşayır insan. “Yüreğim seni Çok Sevdi” kitabı sevgi romanları xoşlayan, bir az duygusal, romantik insanlar üçün daha yaxşıdır. Əgər bu aralar hüzünlü, sevgi dolu bir şey oxumaq istəyirsizsə, onda bu kitab əla seçimdir. Amma yox sevgi romanları sizlik deyilsə, elə isə bu kitabdan da uzaq durun. Çünki kitab sizə çox bayağı gələ bilər.
"Yerlə Göy arasında" romanı “Ayrılıq”dan sonra İlqar Kamildən oxuduğum ikinci romandır. Artıq oxucu auditoriyasını formalaşdırmış istedadlı nasir İlqar Kamilin son romanını oxuduqdan sonra əmin oldum ki, yazıçı öz üzərində dayanmadan çalışıb. Roman haqqında düşüncələrimi qeyd etmədən keçə bilmədim. Romanda - Leylanın xatirələri səhnəsində: “Leyla, birdən görürsən, düşünürəm, yaxşı ki əvəz-əvəz olmur bəzi şeylər, məsələn, kiminsə xəstəliyini alıb onun əvəzinə xəstələnmək olmur, dəhşətdi e, fikir verirsən? Yaxşı ki, kiminsə yerinə ölmək olmur. Yoxsa dünyada valideyn qalardı? Hamısı canını qurban verəcəkdi balasına! Üstəlik, inan ki, aləm dəyərdi bir-birinə, çox ciddi sınaq olardı. Təsəvvür elə, dostun can verir və titrək əlini sənə uzadıb canını istəyir, elə-belə yox ha, sözün əsl mənasında, canını. Verərdinmi, verməzdinmi? Çətin sualdı...”
Bu günə qədər motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiya mövzularında 24 kitabı nəşr olunmuşdur. Motivasiya psixologiyası silsiləsindən olan "Çətin olsa da, həyat davam edir", "Hər bir İnsan hökmdardır", "Arxadakı körpüləri yandırın" kitabları bestseller olmuş, “Arxadakı körpüləri yandırın” kitabı 2014-cü ildə Türkiyədə də çap edilmişdir. Bədii janrda yazılmış ilk əsəri olan "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016-2017-ci illərdə Azərbaycanın ən çox oxunan kitabı olmuşdur. Müəllifin “Relslər üzərinə uzanmış adam” adlı ikinci psixoloji romanı isə ilk nəşrinin cəmi 2 həftə ərzində tükənməsi ilə yeni bir rekorda imza atmışdır. Yazıçı hazırda psixologiya, fəlsəfə, teologiya sahələri üzrə elmi araşdırmalarını davam etdirməkdə və yeni kitablar üzərində çalışmaqdadır.
Keçmiş alkoqolik Cek Torans həyat yoldaşı və 5 yaşlı oğlu ilə ucqar dağ kurortuna – dəbdəbəli “Overluk” hotelinə gedir. Torans həmin hoteldə qış mövsümündə mühafiz işinə düzəlib və ilin yarısı boyunca ətrafdan təcrid olunan mehmanxanadakı yeni işinə ailəsi ilə münasibətləri qaydaya salmaq, həm də bədii yaradıcılıqla məşğul olmaq üçün əlverişli fürsət kimi baxır. Qar yağandan, hotelin ətrafla əlaqəsi tam kəsiləndən sonra “Overluk”un axar-baxarı, idilliyası, onunla birlikdə isə keçmiş alkoqolikin dincliyi pozulur. Hotel yeni sakinlərini ağır imtahana çəkən mistik qüvvəyə çevrilir. Ailənin bu kabus tələsindən çıxa bilib-bilməyəcəyi çox mənada balaca Denielin telepat qabiliyyətlərindən asılıdır. Əfsus ki, anası ilə atası uşağın bu üstünlüyündən xəbərsizdir...
Bu mahalda baş verən faciələrin kökü 150 il əvvələ gedir. Rus pristavı o zaman nəsil şəcərəsinin bir ucu Səfəvilərə gedib çıxan Turkərənli Qaraxan ağanın barlı-bəhərli torpaqlarına bir erməni ailəsini köçürür. Özünü məzlum gostərən Karapet az sonra əsl niyyətini gercəkləşdirməyə, bu torpaqlara yiyələnmək üçün plan qurmağa başlayır. O, 14 yaşlı gozəl qızını min hiylə ilə Qaraxan ağanın oğlu Əbdül bəyin yatağına salmağa nail olur. Erməni qızı türk bəyindən hamilə qalır. Xan qızı olan halal arvadından hələ övladı olmayan Əbdül bəy ermənilərin pristava şikayət edəcəyindən qorxub uşağa yiyə durur. Onun əvvəlcə erməni qızından, sonra isə türk arvadından iki oğlu doğulur. Karapetin çuğulluğu və xəyanətləri uzə çıxanda Qaraxan ağa bu ailəni mahaldan qovur, erməni qızından olan Cəmil adlı nəvəsini isə ozundə saxlayır. Amma bu uşaq hər halda erməni südü əmmişdi. O, sonralar ana qohumlarını Qaraxan ağanın yurduna gətirib burada yerləşdirəcək, torəmələri 1918-ci il soyqırımında ermənilərin tərəfini tutacaq, mahalda ta indiyədək bir-birinin ardınca qanlı cinayətlər baş verəcəkdi.
Yıldızları görebilmek için duvarları arasında yaşadığımız evimizden vazgeçtik. "Sadece bedenlerimizi değil, ruhlarımızı da karantinaya aldılar. Ne bu karantinadan çıkabiliyoruz, ne de birbirimizden ayrılabiliyoruz. Bundan sonraki tek savaşımız bu karantinadan kurtulmak. Kurtulduğumuzda da birlikte olacağız, ama özgür…Savaş bitti, ve biz sağ kaldık.Savaş bitti, ve biz hâlâ ayaktayız." Zeynep, yeni okuluna başladığı ilk gün kendini bir felaketin ortasında bulmuştu. Salgın bir hastalık nedeniyle okulu karantinaya alınmış, akşamında ise kendini okulun karanlık koridorlarında bir kız öğrencinin cesedinin başında bulmuştu. Üstelik yalnız değildi, onlar da yanındaydı; mahşerin diğer üç atlısı. Bu, yalnızca bedenleri değil ruhları da karantinaya alınmış dört kişinin hikâyesi. Bu, onların özgürlüklerine ulaşmak için yaşadıkları esaretin hikâyesi. Bu, birbirlerinin her şeyi haline gelen, gökyüzündeki son yıldız yanıp kül oluncaya kadar birlikte olacaklarına söz veren dört arkadaşın hikâyesi. Bu, mahşerin dört atlısının hikâyesi.
"Tanrı hiçbir çocuğu kötü olsun diye yaratmaz. Onu kötü yapan kötü eğitimdir ! Kötü anne-baba, kötü çevre, kötü yönetim balçık gibidir; zavallı yavrucakları da çekip yutar." "Kalabalıklar daima tehlikelidir. İçlerinde mutlaka ruhunu ucuza satan alçaklar bulunur." "Siz yardım edilmiş yoksullar istiyorsunuz, bizse ortadan kaldırılmış yoksulluk." "Zalimlerin çarkı cahillerin çalışmayan kafalarıyla döner." 1862-ci ildə yayımlanan və 19-cu əsrin ən mükəmməl əsəri hesab edilən roman: "Les Misérables" ~ "Səfillər". Kitab, demək olar, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qazandırmışdır. Hamı üçün yazılmış "Səfillər" bu gün də qapıları döyür; “Açın, biz sizə gəlmişik” deyir. Ölməz ədibin bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazandıracaq qüdrətə sahibdir. Əgər “Səfillər” olmasaydı, dünya ədəbiyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi..
Stefan zweig - Bir kadının yaşamından 24 saat: İki uzun öyküden oluşan bu kitapta Zweig’ın yine kahramanlarının iç dünyasına girdiğini, psikolojik tahliller yaptığını görüyoruz. Birinci öyküde bir kadının yaşadığı ve üzerinden bir insan ömrü kadar zaman geçtiği halde unutamadığı bir olay anlatılmaktadır. Yaşamının sadece yirmi dört saatini kapsayan, ancak şokundan yıllarca kurtulamadığı bu olayı Mrs. C. hiç tanımadığı bir yabancıya anlatır. Kendine bile itiraf edemediği, kabul edemediği gerçeği bir daha hiç görmeyeceği bir yabancıya anlatarak ruhunu ve beynini bu ağır yükten kurtarmak ister. İkinci öyküde ise kızına ve karısına iyi bir hayat sağlamak için hayatı boyunca çalışmış, kendini ve yaşamayı unutmuş yaşlı bir adamın, her iki kadın için hiçbir değerinin olmadığını anladığı anda kendisiyle yaptığı iç hesaplaşmasını okuyoruz. 🖋 Stefan Zweig 🔗 Bir kadının yaşamından yirmi dört saat 🖇 84 səhifə Xoş mütaliələr....
Zaman keşifler zamanı, Afrika ve Nil nehri tüm gizemiyle Avrupalı kâşifleri kendine çağırmaktadır. Nil'in kaynağını kim keşfedecek? Bunu deneyen birçok kâşif, ya Afrikalı kabilelerin elinde, ya ağır hava koşulları yüzünden, ya da açlık ve susuzluktan hayatını kaybetmişti ama en yakın dostunun bile en başta inanmadığı Dr. Ferguson, bu geziyi balonla yapmaya karar verir ve yanına sadık hizmetkârı Joe ve en yakın arkadaşı Dick Kennedy' yi alarak bu çılgın ve inanılmaz maceraya atılır. Bu kez Afrika havadan keşfedilecektir ve tüm tehlikelerine rağmen üç maceraperest, bu yapılması zor görevi tamamlayarak sağ salim evlerine, Ingiltere'ye dönebilecekler midir?
Sıcacık bir kahveden yükselen güzel kokular eşliğinde keyifli bir okuma vaat ediyor Soğuk Kahve. İronik ve mizahi olduğu kadar keskin bir dil. Belki de çoğumuzun gündelik hayatında olan konuları anlatırken sizi ters köşeden bir bakış açısına yatırıp golü ustalıkla atıyor. Hınzır bir zekânın ürünü olan cümleleri sizi gülerken duygulandıracak, çoğu zamansa hayretler içinde bırakacak. Kahraman Tazeoğlu Batman kendi deyimiyle numune bir adam. En azından yazdıkları öyle. Kolay kolay kimseden duyamayacağınız, cesaret isteyen şeyleri açıkyüreklilikle söylüyor okura. Özellikle kadın erkek ilişkilerinin üzerindeki pembe tozu üfleyip altında yatan siyahları ve beyazları soğukkanlılıkla gösteriyor. Ne her erkek bir Romeo, ne de her kadın bir Juliet. Ertürk Akşun
Şimdiye kadar tek kelime konuşmadım. Neredeyse on bir yaşındayım. İngiltere'nin saygın edebiyat ödüllerinden Coratta Scott King ödüllü yazar Sharon M. Draper'dan hüzün ve umut dolu soluksuz okunacak bir roman. Gerçek bir yaşam öyküsünden ilham alınarak kaleme alınmış. 11 yaşındaki Melody'nin hastalığının adı Spastik ikili kuadripleji yani beyin felci.Yürüyemiyor, konuşamıyor,tekerlekli sandalyeye mahkum. Hiçbir uzvuna komut veremeyen bu küçük kızın beyni ise mükemmel işliyor.Hikâye Melody'nin öğretmenlerine, arkadaşlarına, komşularına kısaca dış dünyaya kendini kanıtlama çabasını anlatıyor.İncelikli, naif, akıcı, komik ve ilham verici bir eser. Sesini asla unutamayacağınız bu cesur kızla tanışmaya hazır mısınız?🎶 Xoş Mütaliələr📖
“İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır”
– Cek London.
"Mənə deməyin ki, sizin vaxtınız yoxdur. Sizin də vaxtınız Mikelancelo, Loenardo da Vinçi, Tomas Cefferson, Paster Helen Keller, Albert Eynşteyndə olduğu qədərdir”.
– Cekson Braun.
“Əlçatmaz arzuların arxasında gedərək, biz qeyri mümkünlərə nail oluruq”
-Robert Ardri
“Kim ki, alimliyi və ya zəkası ilə öyünür, demək onun nə alimliyi var, nə də zəkası var”
– Ernest Heminquey
“Mənim 6 sadiq nökərim var, mən hər şeyimi onlara borcluyam. Onların adı: Kim? Niyə? Nə vaxt? Nə? Harada? və Necə?
– Redyard Kiplinq
“ Həyatınız ən yaxşı illəri –yaşadığınız problemlərin günahının yalnız sizdə olduğuna qərar verdiyiniz zamandır – siz daha valideynləri, ekologiyanı və ya prezidenti günahkar görmürsünüz. Siz dərk edirsiniz ki, öz taleyinizə özünüz nəzarət edirsiniz”.
– Albert Ellis
“Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir”.
-Mark Tven
“İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iç heç kəsə gərək deyil.
– F.M. Dostoyevski
“Heç vaxt səhvlərə işarə etməyin, əgər onları necə düzəltməyi bilmirsinizsə”.
-Bernard Şou
. “Fikir – hər şeyin başlanğıcıdır. Fikirləri də idarə etmək mümkündür. Ona görə də mükəmməlliyin başlıca şərti – fikirlər üzərində işləməkdir”.
-L.N. Tolstoy
“Məni öldürməyən hər şey, məni daha güclü edir”
-Fridrix Nitsşe
“Ola bilsin ki, bu dünyada sən sadəcə insansan, amma kimin üçünsə sən – bütün dünyasan”.
-Qabriel Qarsia Markes
“Həyat – sənin başqa planlar qurduğun vaxt ərzində, başına gələn hadisələrdir”.
-Con Lennon
“Həyatın məqsədi – mükəmməllik axtarışıdır, bizlərdən hər birinin vəzifəsi isə bu mükəmməlliyin bizlərdən hər birində maksimal dərəcədə təzahür etməsinə nail olmaqdır”.
– Riçard Devid Bax.
“Dahi beyinlər ideyaları müzakirə edirlər; orta beyinlər hadisələr müzakirə edirlər, cılız beyinlər isə inşaları müzakirə edirlər”.
-Eleanor Ruzvelt
“Öz həyatını yaşamağın yalnız iki yolu vardır. Birincisi – sanki həyatda heç möcüzə yoxdur, ikincisi isə – sanki bizi əhatə edən hər şey möcüzədir”.
– Albert Eynşteyn.
“İstədiyin insan olmaq üçün heç zaman gec deyil”.
-Corc Eliot
. “Əgər sən nəyisə fikirləşməyə qadirsənsə, deməli bunu gerçəkləşdirməyə də qadirsən”.
-Uolt Disney
. “Əgər insan hansı sahilə yan alacağına bilmirsə, onda küləyin hansı istiqamətdən əsməsinin onun üçün heç bir faydası olmur”.
– Seneka
Uğur narahatlıq yaradır. Sizə kömək etməyə çalışan insanlardan aldığınız məsləhətlər çox vaxt ziddiyyətli olmaqla yanaşı, qeyri-real görünürlər.
Bəzən öz yolunuzdan azmış ola bilərsiniz. Bir gündə baş verən uğursuzluq, növbəti gün üçün uğur kimi görünməyə başlayır. Əvvəllər effektiv olan şeylər, artıq işləmir və bunu qiymətləndirmək üçün müəyyən dəyişiklərə ehtiyac var.
Bu, uğura aparan yolda sizi məhv edən insan faktorudur. Siz ondan qaça bilmərsiniz. Niyə belədir? Çünki sizin mübarizədə – uğur haqqında gedən müzakirələrdə – sadəlik çalışmır. Daha az idarə etmək, diqqəti bir şeyə yönəltməmək. Qaydalar çoxluğunun içində onlardan riayət edə bildiyiniz bir neçəsini seçə bilərsiniz. Sizin mövcudiyyətinizi prinsiplər və qanunlar.
Məqsədlər, bacarıqlar və gözləntilər dəyişsə də, bu üç qayda dəyişməyəcək.
Dürüst olun
Düzdür, bu olduqca çətindir. Bəzən çox çətindir. Bu çətinliyi qaydanı tətbiq etməzdən əvvəl, tətbiq etdiyiniz zaman və tətbiq etdikdən sonra hiss edəcəksiniz.
Çox vaxt kimsə “dürüstlük” haqqında danışdıqda, “yalançı” sözündən istifadə edilir, lakin “dürüstlük” anlayışı daha mürəkkəbdir.
Özünüzə qarşı dürüst olmaq istəyirsinizsə, müəyyən diskomfort yaşamalı olacaqsınız.
Əgər özünüzə qarşı dürüst olmasanız, başqalarına qarşı da ola bilməyəcəksiniz.
– Əsas məqsəd və niyyətləri dəqiqləşdirmək üçün son dəfə özünüzə nə vaxt bir neçə dəqiqə zaman ayırmısınız?
– Nəticələr, səylər və münasibət haqqında son dəfə özünüzlə nə zaman danışmışınız?
Üzləşdiyiniz problemlərə görə başqalarını günahlandırmaq asandır. Çox vaxt insanlar deyirlər: “Bəxtim gətirmədi”. Lakin bu, dürüst deyil. Heç deyil.
Həyatda baş verən hadisələrin heç biri təsadüfi deyil. Sizin nəticələriniz, çətinliyiniz və gəliriniz – bütün bunların səbəbi var.
Özünüzə qarşı dürüst olun. Bu, gələcəkdə dəqiq olaraq peşman olmayacağınız sərmayədir.
Siz susursunuz. İkimənalı danışırsınız. Fasilələr edirsiniz. Və insanların fikirlərini yayındırmağa çalışırsınız.
Siz dürüst deyilsiniz, çünki soyuqqanlı manipulyatorsunuz. Və ya fırıldaqçısınız. Və ya yalançısınız.
Çox güman ki, bunun əsas səbəbi ondan ibarətdir ki, dürüst olmaq ağır işdir. O, böyük emosional sərmayə tələb edir.
Başqaları ilə dürüst olsanız, onlara görə narahat olmağa başlayacaqsınız. Həmdə çox.
Başqalarına onların istədiyi sözləri demək asandır. Çünki bu sözlər həmin insanları incitmir və siz əlavə olaraq nəyisə başa salmaq üçün enerji sərf etməli olursunuz.
Məhz buna görə də dürüstlük mürəkkəb qaydadır.
Riayət etməkdə çətinlik çəkdiyimiz hər şey bizi elit kateqoriyaya daxil edir. Və əgər bunu daimi etsəniz, super ulduza çevriləcəksiniz.
Suallar verin
Siz dünyanı öz nöqteyi-nəzərindən görürsünüz – və bu, əladır, əgər başqalarının da eyni şeyi etməsini gözləmirsinizsə. Çünki onlar etməyəcəklər.
Hər bir insan öz həyat təcrübəsindən çıxış edir. Başqalarının fikirlərini öyrənmək istəyirsinizsə, sual verin. Əgər suallar versəniz, biznesinizin inkişafını xeyli sürətləndirə bilərsiniz. Bu, insanlarla münasibət qurmağa kömək edən, habelə lazımsız mübahisələrdən qaçmağa imkan verən bacarıqdır.
Niyə bu vacibdir? Niyə bunu edirsiniz? Niyə belə düşünürsünüz?
Lakin “niyə” dən başqa, digər vacib olan suallar da var:
– Digər insanlar qəbul etdiyim qərardan xəbər tutsalar, özümü narahat hiss edəcəyəm?
– Başqası mənim yerimdə olsaydı, ona nə etməyi məsləhət görərdim?
– Geriyə baxanda, nə hiss edəcəyəm?
– Bu qərarı qorxusuz qəbul edirəm?
– Bu qərarın nəticələri ilə ayaqlaşa biləcəyəm?
Özünüzə mürəkkəb suallar verin. Niyyətinizi müəyyənləşdirin. Əgər müzakirələr suallardan başlasaydı, insanlar daha effektiv nəticələr əldə etmiş olardılar.
Cəhd edin. İlk başlarda özünüzü narahat hiss edəcəksiniz. Lakin əgər bu qaydaya daimi əsasda riayət etsəniz, incikliklərə və yanlış başa düşülən niyyətlərə daha az vaxt xərcləmiş olarsınız.
Yalnız əhəmiyyəti olan şeyləri edin
Bu, təbii görünür. Effektiv insanlar yalnız onlar üçün əhəmiyyətli olan işləri edirlər. Lakin hər şey bu qədər sadə deyil. Effektiv və uğurlu insanlar bütün lazımi işləri edirlər və sonra bu işlər əhəmiyyətli işlərə çevrilirlər.
Yalnız əhəmiyyətli olan işləri etmək oyunun qaydalarından biridir. Xəritədir.
Hər şey olduqca sadədir. Sizin vaxtınız o qədər də çox deyil. Belə ki, günün yarısını işdə keçirirsiniz, daha 8 saatı isə yuxuda. Əgər yeməyə, kitab oxumağa, idmana və əyləncəyə sərf etdiyiniz zamanı nəzərə alsaq, çox güman ki, ümumiyyətlə bir dəqiqəniz belə qalmır.
Vacib işləri etmək – dayanıqlı inkişafa aparan ən qısa yoldur.
Məsələ orasındadır ki, nəyin vacib olub-olmadığını görmək bəzən çətin olur, çünki prioritetlər və ətraf daim dəyişir. Yeganə çıxış yolu dayanmaq və bir az sükutda yaşamaq.
Bu sükut sizə həqiqətən də nəyin vacib olduğunu göstərən kompasınızdır. Lakin bəzən bu mümkün olmur. Məhz buna görə də sizi inkişafa aparacaq metodlardan istifadə etməyiniz məqsədəuyğundur:
– Düşünmə qabiliyyətinizi yaxşılaşdırmaq üçün özünüzə vaxt ayırın. Daha əvvəl etdiyiniz və ya etmədiyiniz hər bir şey, sizin düşünmə qabiliyyətinizin nəticəsidir. Sizi hərəkətə gətirən fikirləri müəyyən edin. Bu arada, meditasiya bunu başa düşməyə kömək edən vasitələrdən biridir. “Calm”, “Headspace” və ya “Omvana” dan istifadə edin.
– İdman üçün vaxt ayırın. Qaçın, boks ilə məşğul olun, velosiped sürün, sadəcə tez-tez gəzin. Və tezliklə əvvəllər diqqət etmədiyiniz ideyaları aşkar edəcəksiniz. Narahatlıq, məyusluq və xırdaçılıq kimi duyğulardan azad olacaqsınız, digər insanlar sizi daha yaxşı başa düşəcəklər.
– Narahatlıq və peşmançılığa vaxt xərcləməyin. Bu kimi neqativ fikirləri gələcək planlarınız ilə əvəz edin. Neqativ fikirlərə diqqət edərək, sizi məqsədinizə yaxınlaşdıra biləcək fikirlərə keçəcəksiniz.
– Əyləncəyə xərclədiyiniz vaxtın miqdarını azaldın. Təəccüblüdür, lakin əyləncə bizim diqqətimizi düşündüyümüzdən daha çox yayındırır. Serialın yeni seriyasına baxdıqda, beyniniz sıyıqa çevrilir. Düzdür, bəzən fasilə etmək lazımdır, amma vaxtınızın əksər hissəsi yox.
– Daha çox yatın. İnsanların əksəriyyəti 6-8 saat yatmalıdır ki, gün ərzində məhsuldar olsun. Sizin beyniniz dincəlir, immun sistemi yenidən işə düşür, bədəniniz daha sağlam olur. Əgər daha çox etmək istəyirsiniz ki, daha çox yatmalısınız.
– Detallara diqqət edin. Və ən əsası – işi bitirmək yaxşı etmək demək deyil. Əlinizdən gələni etdiyinizə əmin olun. Növbəti dəfə nəyi daha yaxşı edə biləcəyiniz haqda düşünün. Digər insanların sizin çatmaq istədiyiniz məqsədlərə çatmaq üçün nə etdiklərini müəyyən edin.
– Sizin tarazlığınızı pozan şeylərdən qaçın. Niyə, nə zaman və kim olduğu vacib deyil. Qorxu, narahatlıq və fikir dağınıqlığı kimi neqativ duyğular sizin məqsədinizə çatmaq bacarığınızı məhv edirlər. Sadəcə uzaq durmağa çalışın. Bəlkə də, həmişəlik yox, amma indi neqativ olan hər bir şey sizdən uzaq olmalıdır.
Düşünməyin ki, bu üç qayda hər şeyi dəyişdirəcək. Bu, istənilən maneənin aradan qalxmasının ideal formulu deyil.
Onlar fundament rolunu oynayırlar və siz rahatlıqda onlara arxalana bilərsiniz. Bu, start üçün əla platformadır.
Əgər həyatınız olduqca çətin, xəyallarınız isə böyükdürsə, sizə uğurlu olmağa kömək edə biləcək bir neçə qaydanın olduğunu unutmayın.
Niyə həmişə xoşbəxt olmuruq?
17 yaşım olanda hərbi hazırlıq keçirdim. ABŞ-ın Hərbi Hava Qüvvələrinin üzvü olacağımı xəyal edərkən, böyük məmnuniyyət hissini duyurdum və düşünürdüm: “Bütün bunlar bitəndə çox xoşbəxt olacağam”.
24 yaşımda təhsil səviyyəmi yüksəltmək üçün kolleclərə müraciət etməyə başladım. Düzünü desəm, harasa qəbul ola biləcəyimə inanmırdım. Və sənədlərimi yalnız əlçatan hesab etdiyim universitetlərə göndərirdim. Düşünürdüm ki, bu lotereyada qazansam xoşbəxt olacağam.
Yəqin ki, hamıya bu hiss tanış gəlir: növbəti mərhələyə çatanda, nəhayət, həqiqi xoşbəxtliyi yaşayacaqsınız. Bu hiss qısamüddətli zövq və məmnuniyyət zamanı gəlir, sonra isə yenidən “sakitləşir”.
Uilyam fon Hippel “Sosial sıçrayış” kitabında xoşbəxtliyin təkamül funksiyasını izah edir. O yazır: “Niyə təkamül bizə bu xoşagəlməz hiyləni oynatdı? Niyə xoşbəxtliyimiz xəyali hədəflərə bağlıdır?”.
Digər insanlarla bir qrupda yaşayan iki fərziyyəli əcdadımızı təsəvvürünüzə gətirin. Onlardan hər biri bir qrup ovçuya rəhbərlik edir və mamontu öldürür. Daha sonra qrupun liderləri ətlə soydaşlarının yanına qayıdır və pərəstişliklə qarşılanır.
Onlardan biri bu xoşbəxtlik hissini davamlı saxlayır, digəri isə bir həftədən sonra əvvəlki vəziyyətinə qayıdır. Birincisi istirahət etmək və uğurlu ovdan sonra yaşadığı hissləri yenə duymaq istəyir. İkincisi isə boşluq və əvvəlki xoşbəxtliyi yenidən tapmaq arzusunu hiss edir.
Əcdadlarımızın qalıcı xoşbəxtlik əldə edə bilməməsi onları səy göstərməyə sövq etdi. Milyarder və CNN-nin qurucusu Ted Terner bir dəfə demişdi: “Həyatda super-uğur qazanan və bu məqsədinə çatmaq üçün özünə inamsızlıq hissindən irəli gələn motivasiyadan istifadə etməyən insana çətin ki, rast gələsiniz”. Virginia Universitetinin əməkdaşı Sigehiro Oishi tərəfindən aparılan araşdırma nəticəsində məlum oldu ki, həyatdan orta dərəcədə məmnun olan insanlar özlərini bədbəxt hiss edən insanlarla müqayisədə daha çox pul qazanırlar. Lakin bununla birlikdə, orta dərəcədə məmnun olan insanlar xoşbəxtlik səviyyəsi ən yüksək səviyyəyə çatan insanlarla müqayisədə karyera sahəsində daha uğurludurlar. Məsələ ondadır ki, peşəkar inkişaf üçün həm çox az, həm də aşırı xoşbəxtlik zərərlidir.
Nailiyyətlər isti hamama girmək kimidir. Əvvəlcə su isti görünür. Ancaq zaman keçdikcə öyrəşirsən və heç nə hiss etmirsən.
Xoşbəxtlik – sağ qalmaq şansımızı yaxşılaşdırmaq üçün etdiyimiz bir şey müqabilində qazandığımız mükafatdır. Daha çox resurs (pul), daha yüksək sosial status, daha gözəl xarici görünüş və s.
Lakin burada da nüanslar var. Məsələn, iqtisadçı Con Hellivellin tədqiqatı kiçik şəhərlərdə yaşayan insanların böyük şəhərlərin sakinləri ilə müqayisədə daha xoşbəxt olduqlarını göstərdi. Mütəxəssislər müəyyən etdilər ki, insanların daha xoşbəxt olduğu yerlərdə işə aparan yol qısadır, mənzillər ucuzdur, xərclər isə aşağıdır. Böyük şəhərlər müəyyən tip insanları cəlb edir – təhsilli və iddialı. Statistikaya görə, dünyanın ən yaxşı istedadlarının 5%-i böyük şəhərlərdə yaşayır. Və onların hamısı bir-biri ilə rəqabət edir, güclü status narahatlığını yaşayır.
Təhsil və subyektiv rifah arasındakı əlaqəni araşdıran son tədqiqatlar təəccüblü nəticələr verdi. Alimlərin fikrincə, insanlar çox təhsil alırlar, çünki bununla qismən az savadlı olan insanlardan daha xoşbəxt olacaqlarına inanırlar.
Qeyd edək ki, savadlı insanların həqiqətən də daha az boş vaxtı olur. Onlar daha çox işləyirlər. Bu, gözləntiləri və məmnunluğu azaldır. Beləliklə, xoşbəxtliyin təhsil səviyyəsindən asılı olmadığını deyə bilərik.
Bəs uzunmüddətli xoşbəxtliyə təsir göstərən hansı amillər var? İlk növbədə, əlverişsiz amillərə nəzər yetirək. Bunlara aiddir: həyat yoldaşının ölümü, boşanma, maliyyə itkiləri.
Müsbət amillər isə bunlardır: evlilik, uşaq sahibi olmaq, böyük maddi qazanc (məsələn, miras və ya lotereya qazanmaq). Zəngin bir əmidən miras almaq və ya lotereyada udmaq şansımız az olduğuna görə, sevdiyimiz insanlarla münasibətimizi yaxşılaşdırmaq – uzunmüddətli xoşbəxtliyi əldə etmək üçün ən etibarlı yoldur.
1) Dahiliyin 10 da 1-i istedadda 9-u isə çalışmaqdadır.
2) Başqaları üçün yaşanan həyat. Bax bu əsl yaşamağa dəyər həyatdır.
3) Dahiliyim çox ağıllı olduğuma görə yox, sadəcə problemlərin həllinə çox vaxt sərf etməyimdədir.
4) Streotipleri yox etmək çəyirdək boyda olan atomu parçalamaqdan daha çətindir.
5) Dəlilik əslində eyni şeyləri təkrar-təkrar edib fərqli nəticələr gözləməkdir.
6) Səyahəti etməyi nə qədər xoşlayıramsa, mənzil başına çatmağı bir o qədər sevmirəm.
7) Əgər nə etdiyimizi bilsəydik, buna eksperiment deməzdik.
8) 3-cü dünya müharibəsində hansı silahlardan istifadə olunacağını bilmirəm amma 4-cü dünya müharibəsində daş və taxta parçaları olacağını bilirəm
9) İki şeyin sonsuz olduğunu bilirəm. 1-ci kainat, 2-ci insanların axmaqlığı. Birincidən o qədər də əmin deyiləm
10) Görəsən niyə məni heç kəs başa düşmür amma hamı sevir.
11) Nisblik nəzəriyyəmi isbat edə bilsəm Almaniya mənim bir Alman olduğumu hər yerdə bildirəcəkdir. Fransa isə mənim dünya vətəndaşı adlandıracaqdır. Amma nəzəriyyəm öz isbatını tapmasa, Fransa mənim Alman olduğumu hər yerə car cəkəcəkdir, Almaniya isə əslində mənim Yəhudi olduğumu açıqlayacaqdır.
12) Dünya zalımların yox, onlara səsini çıxartmayanların ucbatından təhlükəli bir yerdir.
13) Elm atom bombasını icad etməklə heç də pis bir iş görmədi. Çünki, əsl pislik insanların beynində və qəlblərindədir.
14) Məcburi əsgərlik varlığımız üçün böyük bir təhlükədir.
15) Söz azadlığını qanunlar həll edə bilməz. Öz düşüncəni deyibdə cəza almamaq üçün, cəmiyyətin də bunu qəbul etməyi vacibdir.
16) Super gücə malik hegamon dövlətlər olduqca müharibələr həmişə olacaqdır.
17) Təhsil insanın məktəbdə öyrəndiyi hər şeyi unutduqdan sonra yerdə qalanlardır.
18) Ey insanlar siz mənim dahiliyimi həddən artıq çox qiymətləndirirsiniz. Mən də bundan çox narahat oluram
İtirməkdən qorxar — sevmədiyi üçün , Düşünməkdən qorxar — məsuliyyət gətirəcəyi üçün , Danışmaqdan qorxar — tənqid ediləcəyindən qorxduğu üçün , Duyğularını söyləməkdən qorxar — rədd edilməkdən qorxduğu üçün , Yaşlanmaqdan qorxar — gəncliyinin qiymətini bilmədiyi üçün , Unudulmaqdan qorxar — dünyaya yaxşı bir şey vermədiyi üçün və Ölməkdən qorxar — yaşamağıı bilmədiyi üçün.
- Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
- Dostluğun birinci şərti etibardır (Jan Labrüer:Fransız yazıçısı və filosofu)
- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir (Harold Laski:İngilis siyasətşünası)
- Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir (Atalar sözü)
- Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun (Jül Renar:Fransız yazıçısı)
- Dostlar müxtəlif bədəndə bir ruhdurlar (Hz.Əli ə.s.)
- Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır (Mari Fransua Arue Volter:Fransız filosofu)
- Dost rahatlıq verən bir məlhəmdir (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri)
- Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə dostlarımızın kim olduğunu göstərməsidir (Onore De Balzak:Fransız yazıçısı)
- Evin qiyməti ora gələn dostlardan bilinər (Ralf Emerson:Amerika şairi və filosofu)
- Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır. (Əmir Teymur:Orta Asiya dövlət xadimi,sərkərdə,əmir)
- Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. (Karl İmmerman:Alman şairi)
- Dostu olmayan bu dünyada qəribdir (Jozef Köhler: Alman şairi)
- İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın,əksinə,düşmənlərin səninlə dost olsun. (Pifaqor:Yunan riyaziyyatçısı və filosofu)
- Mənə hər şeydə mənimlə razılaşan,mən başımı əyəndə başını əyən dost lazım deyil.Ona qalsa kölgəm də dostumdur. (Plutarx:Yunan filosofu və yazıçısı)
- Həqiqi dostluqdan başqa,bütün münasibətlər müvəqqətidir (Roman Rollan: Fransız yazıçısı)
- Dostlar iki cür olur:birincisi sizi güldürənlərdir ki,onlara çox etibar etmək olmaz;ikincisi sizi düşündürənlərdir ki,onların qədrini bilmək lazımdır. (Jan Batist Sey:Fransız iqtisadçısı)
- Biz dostun köməyindən çox,bu köməyi ala bilmək inamına ehtiyac duyuruq (Sokrat:Qədim Yunan filosofu)
- Əsl dost misilsiz xəzinədir:xoşbəxtliyi artırar,dərd-qəmi azaldar (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
- Dostluq ömrün sonunadək boy atan bir ağacdır (Corc Vaşinqton:ABŞ-ın ilk prezidenti)
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar. (Naməlum)
- Dost insanın ikinci özüdür (Mark Tulli Siseron: Qədim Roma dövlət xadimi və natiqi)
- Eyibsiz dost axtaran axırda dostsuz qalar (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi)
Ötən əsrin 80-ci illərinin ortalarında məşhur ingilis ixtiraçı Moris Uord amerikalıların Xirosimaya atdıqları atom bombasının gücündən 75 dəfə çox olan və 10 min dərəcə temperatura davamlı olan istiyə davamlı termoplastika ixtira etdi. İxtiraçı bu materialı "Starlite" adlandırdı. O öz ixtirasını yalnız bundan sözün əsl mənasında istifadə etməyi düşünən kompaniyalara satacağını bəyan etdi. Bu ixtira ilə dərhal ABŞ Kosmik Agentliyi- NASA maraqlandı. Çünki olduqca yüngül və istiyə davamlı olan bu materialdan istifadə kosmik uçuşlar və kosmik texnologiyalar sahəsində sahəsində böyük elmi sıçrayışa səbəb ola bilərdi. Moris Uordun ixtirası ilə həmin dövrdə onlarla məşhur kompaniya maraqlanırdı. Lakin heç bir kompaniya ixtiraçının əməyinə yüksək qiymət vermək istəmir və onun sahibinin gec-tez yeni termoplastik materialın sirrini açacağını gözləyirdi. Kompaniyaların əməyini və yeni materialın əhəmiyyətini yüksək dərəcədə qiymətləndirmədiyini və onun bu sirri açmağa məcbur olacağını gözlədiyini anlayan Moris Uord ixtirasını daha satmayacağını bəyan etdi. Amma heç kimi buna inanmırdı. 2011-ci ildə Uord dünyasını dəyişdi. Ölüm ayağında ondan ixtirasının sirrini açmağı xahiş etdilər. O isə bunun mümkün olmayacağını deyərək onların xahişini rədd etdi. Bununla da kosmik texnologiyalar sahəsində elmi texniki inqilaba gətirib çıxaracaq ixtirasının sirrini o özü ilə o dünyaya apardı.
Yaponiyanın Yamagata Universitetinin alimləri Perudakı Nazca çölünü araşdırarkən naməlum nəhəng rəsmlərə rast gəliblər.Ümumilikdə yaylada tapılan müxtəlif canavarların və digər sirli canlıların nəhəng şəkilləri daxil olmaqla 143 heroqlif tapılıb.Rəsmlərin bəziləri sahə işləri zamanı aşkar edilib. Mütəxəssislər hesab edirlər ki, aşkar edilmiş heroqliflər eramızdan əvvəl 100-cü ilə aiddir.İndi alimlər yuxarıdan alınan görüntülərə əsasən Peru bölgəsinin xəritəsi yaradırlar. Eyni zamanda, elm adamları bütün Nazca rəsmlərinin mənşəyinin sirrinə cavab tapacaqlarına ümid edirlər.Bundan bir müddət əvvəl eyni universitetin tədqiqatçıları bəzi geogliflərdə quşların təsvir edildiyini bildiriblər. Həm də onlar qədim perualıların bu yerlərdə yaşamayan müxtəlif ekzotik canlılara rəğbət bəslədiklərini də qeyd ediblər.
Məşhur fizik Nikola Teslanın adı fizikadan uzaq olan adamlara belə məlumdur. O elmi sahədə böyük kəşflərə imza atmışdı. Tesla dünyanı məftilsiz elektriklə təchiz etmək barədə məşhur bir layihə hazırlamışdı. O bu məqsədlə Vordenklif (Tesla ) adlı yüksək bir qüllə inşa etməyi planlaşdırmışdı. Tesla yerin ionesferindün istifadə etməklə elektrik cərəyanını dünyanın ən uzaq nöqtəsinə belə nəql etmək niyyətində idi. 1905-ci ildə Tesla öz layihəsini reallaşdırmaq üçün işə başladı. Lakin həmin dövrdə ABŞ-da başlayan iqtisadi böhran layihənin reallaşmasına ayrılan maliyyə vəsaitinin ixtisar edilməsinə səbəb oldu. Nəticədə layihə üzərində işlər yarımçıq saxlanıldı. Bunun ardınca başlayan I Dünya müharibəsi və ondan sonrakı ağır iqtisadi vəziyyət yenə də Teslaya bu nəhəng ideyasını həyata keçirməyə iman vermədi. 1943-cü ildə Tesla vəfat edərək bu sirri özü ilə o dünyaya apardı. O özündən sonra layihə ilə bağlı hər hansı iz qoymadı. İş orasındadır ki, Tesla indiki dillə desək kompyuter yaddaşına malik idi və o layihənin bütün detallarını yaddaşında saxlamışdı. Beləliklə dünya elmi elmi elektrik enerjisinin məftillər olmadan dünyanın ən ucqar nöqtəsinə çatdıra biləcək və trilyonlarla dollar gəlir gətirəcək fantastik bir kəşfdən məhrum oldu. Bu kəşf reallaşsaydı, onda o digər nəhəng kəşflərə də yol açaraq bəşəriyyəti yeni elmi texniki inkişaf mərhələsinə daşyacaqdı...
1712-ci ildə alman ixtiraçı İoqan Besler əbədi mühərrik ixtira etdiyini bəyan etdi. 5 il ərzində o öz ixtirasını təkmilləşdirərək onu əyani şəkildə tədqiqatçıların gözləri qarşısında nümayiş etdirməyə başladı. Yeni ixtira diametri 2 metr olan təkər formasında idi və yükü hündürlüyə qaldıra bilirdi. 54 gün ərzində təkər heç bir yanacaq tələb etmədən işlədi və məşhur fizikləri heyrətə saldı. Amma onların heç biri yanacaq olmadan bu ixtiranın neçə işləməsi sirrini anlaya bilmirdi. Həmin dövrdə Bessler 20 min funt sterlinq veriləcəyi halda bu sirri açacağını bəyan etdi. Amma əbədi mühərriklə maraqlananlar pulu verməzdən əvvəl ixtiraçıdan onun işləmə mexanizminin sirrini açmasını istəyirdilər. Besler isə yalnz pul alandan sonra bu sirri aça biləcəyini bəyan etdi. Nəticədə əbədi mühərriki almaq istəyənlərlə Besler ortaq məxrəcə gələ bilmədi. Halbuki əbədi mühərriki almaq istəyənlər dönə-dönə onun sınaqdan çıxarılmasını istəyərək cihazın işlədiyinə əmin olmuşdular. Pul almadan ixtirasını satmaq istəməyn İoqan Besler əbədi mühərriyin də sirrini özü ilə qəbirə apardı.
İkinci dünya müharibəsi zamanı almanlar gizli məlumatların ötürülməsi üçün Eniqma adlı şifrə maşınlarından və onun təkmilləşdirilən digər modellərindən olduqca uğurla istifadə edirdilər. Amma İsveçdə şifrə maşınlarının sirlərini əldə etməyə imkan verən maşın hazırlanmışdı. T52 və ya sadəcə olaraq "Geheimschreiber" (gizli mirzə) adı verilən maşın Eniqmadan böyük və olduqca mürəkkəb texniki quruluşa malik idi. Onun kodunu bilmək və yadda saxlamaq heç də asan deyildi. Həmin dövrdə T52-nin sirrini və kodunu, işləmə mexanizmini bilən yalnız Arne Byerlinq adlı şifrəliyici idi. 1940-cı ildə İsveç Qərbdən Hitler Almaniyasının, Şərqdən isə Rusiyanın hücumu təhlükəsi qarşısında qalmışdı. 1939-cu ildə Rusiya Finlandiya ilə müharibə aparırdı və hər an sovet qoşunlarının İsveçə hücum edəcəyi gözlənilirdi. Belə bir vəziyyətdə İsveç kəşfiyyatı baş verən hadisələrdən xəbər tutmaq və ölkəni gözləyən təhlükəyə qarşı hazırlamaq üçün bütün cəhdlərini işə salmışdı. İlk vaxtlar T52-nin yardımı ilə bütün gizli məlumatların şifrəsini açmaq mümkün olmurdu. Ancaq riyaziyyat üzrə tanınmış alim Arne Byerlinq qısa müddətdə bütün gizli məlumatların şifrəsini açmağı öyrəndi. Nəticədə almanların bütün sirləri Arne Byerlinqin səyləri nəticəsində açılırdı və İsveç hökuməti dərhal bundan xəbər tuturdu.Məsələn, İsveç hökuməti təxminən 1 ay əvvəl T52-nin vasitəsi ilə Almaniyanın Rusiyaya hücum edəcəyi vaxtı, günü, saatı öyrənə bilmişdi. O vaxt bunun sirrini açmağı Byerlinqdən xahiş edəndə o belə cavab vermişdi : "Fokus göstərən sirk ustaları heç vaxt bunun sirlərini açmırlar".Byerlinq həqiqətən də ən gizli şifrələrin sirrini açmağın mahir ustası idi. Onun buna necə nail olduğunu heç kim bilmirdi. Yəni Byerlinq üçün sirr adlı məvhum yox idi. O soyuq müharibə illərində T52-ni vasitəsi ilə ABŞ-ın, SSRİ-nin, Fransanın, Böyük Britaniyanın və digər ölkələrin ən mürəkkəb şifrəli yazışmalarının üstünü açmış, onlara açar əldə etmişdi. 1986-cı ildə Byerlinq vəfat etdi. Ancaq ömrünün son günlərində, yəni öləcəyinə artıq özü şübhə etmədəyi halda belə gizli şifrələri neçə aça bildiyini söyləmədi. Ondan sonra bir nəfər belə T52-ninin kodunu tapa, onun hansı mexanizm əsasında işlədiyini müəyyən edə bilmədi.
ABŞ-a köçmüş latviyalı emiqrant Edvard Lidskalnin Floridada “Mərcan qalası”inşa etmişdi. İxtiraçının boyu 1,6 metr, çəkisi 50 kiloqram idi. Lakin təkbaşına 30 tonluq qaya daşlarını daşıya bilirdi.Özü də o, təkbaşına işləyirdi. İki yeniyetmə iddia edir ki, böyük daşların havada buğa verildiyini gözləri ilə görüblər. Digərləri isə böyük daş konstruksiyalarını qaldırmaq üçün taxta altlıqdan və bir neçə ipdən ibarət hansısa avadanlığı gördüklərini təsdiq edirlər.ixtiraçı bundan ötrü hansısa qara, özünün “sabitləçdirici əbədi mühərrik”adlandırdığı yeşikdən istifadə edirdi.1951-ci ildə ölümündən sonra onun “Mərcan qalası”görməli yerlərdən birinə çevrildi. Bir çox turist indiyə qədər ona baxmağa gəlir. Maraqlı məqam bundan ibarətdir ki, 1986-cı ildə sıradan çıxmış “karusel qapı”nı indiyə kimi heç bir alim düzəldə bilməyib.Lidskalnin özü isə bunun sirrini Misir piramidalarında gizlətdiyini təsdiq etdi. Təəssüf ki, o, bu sirri insanlara açıqlamaq istəmədi.
Gildən hazırlanmış bu məmulat 1903-cü ildə Fest şəhərində tapılıb. O, təqribən Qədim Kritin sarayaqədərki mədəniyyətinə aiddir. Dairənin hər iki tərəfi üzrə spiral şəklində müxtəlif işarələr çəkilib. Bununla belə, onlardan yalnız bəziləri qədim kritlilərin dilində itifadə edilən heroqliflərə uyğundur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Xocalı - əsas hədəf
Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.
"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.
Faciənin xronikası
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
"Memorial" hüquq-müdafiə mərkəzinin hesabatından:
Xocalı
1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı İcra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyası olunmamışdı.
1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
Hücumun iştirakçıları
Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.
Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı
Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.
Hücumun gedişatı
Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.
Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.
Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.
Əhalinin çıxması üçün azad dəhliz
Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.
Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur.
Şəhərdə qalmış əhalinin müqəddəratı
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.
Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.
Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti
Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.
Xocalı sakinlərinin əmlakı
Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.
Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.
Alınmış məlumatların qiymətləndirilməsi
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarçı kütləvi zorakılıq törədilmişdir.
Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.
Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.
Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.
Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.
366-cı alay
Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.
Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!
Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.
Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.
Tarix unutmayacaqdır
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Tarix heç nəyi unutmur.